Şərqi Afrika ölkəsi Madaqaskarda saatda 180 kilometr sürətlə quruya çatan "Freddi” qasırğası fəlakətə səbəb olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, güclü yağışlar nəticəsində ölkənin cənub-şərqində daşqınlar baş verib, güclü külək isə evlərin dam örtüyünün uçmasına səbəb olub.
Qasırğa səbəbiylə məktəblər bağlanıb, ölkədə nəqliyyat axınının dayanıb.
Hökumətin Milli Risk və Fəlakət İdarəsindən verilən açıqlamada qasırğa səbəbindən ölkədə 4 nəfərin öldüyü, 11 min 477 nəfərin isə evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib. Açıqlamada daşqın zonalarında 2276 evin su altında qaldığı, 2260-dan çox evin dağıldığı və ya zədələndiyi bildirilib.
Aydın