"Facebook"da qatil peyda olub - Görün 7 qadını necə öldürüb?

"Facebook"da qatil peyda olub - Görün 7 qadını necə öldürüb?
DÜNYA
23:34 09.06.2022
1027
Qatil "Facebook”da 7 qadını tələyə salıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Meksikada son bir neçə ayda müəmmalı şəkildə qadınlar bir-bir yoxa çıxmağa başlayıblar.
 
Evdən çıxan və bir daha geri dönməyən 7 qadının qətl cinayətinin araşdırmaları polislər sayəsində açılıb.

Viridiana Moreno Vaskes Meksikada itkin düşən 7 qadından birincisi olub. O, ötən ay ölkənin körfəz sahillərində yerləşən Verakruz əyalətində iş müsahibəsinə getdikdən sonra geri qayıtmayıb. 31 yaşlı gənc qadının "Facebook” sosial şəbəkəsində tanımadığı biri ilə qondarma iş müsahibəsində iştirak etmək üçün görüşdüyü və otelə getdiyi, sonra isə yoxa çıxdığı öyrənilib. Vaskesin qohumları onu axtarmağa başlayıb, lakin gənc qadının tanınması çətin olan meyiti günlər sonra tapılıb. Qadının şəxsiyyəti hadisə yerinin yaxınlığından tapılan şəxsiyyət vəsiqəsi və DNT testi ilə müəyyənləşib.

İtkin qadınları təqib edən Morelos əyalətinin prokurorları aprel ayında iş axtaran 22 yaşlı tələbənin də öldürüldüyünü öyrənib. Araşdırmalara görə, 22 yaşlı tələbə martın sonunda "Facebook”da iş elanı görüb. İş tapmaq ümidi ilə kafeyə gedən gənc qadından bir daha xəbər alınmayıb. Qadını axtaran səlahiyyətlilər 3 gün sonra döyülmüş, cinsi istismara məruz qalmış və boğularaq öldürülmüş meyidini tapıblar.

Qadınların izinə düşən polis əvvəlcə qadınların itdiyi əyalətlərdəki təhlükəsizlik kamerası görüntülərini araşdırıb. Polis bütün qadınların yoxa çıxmasının arxasında ortaq bir səbəb olduğunu görüb. Görüntülərdə naməlum kişinin ictimai yerlərdə qadınlarla görüşdüyü də əks olunub. Məsələni həll edən Meksika polisi müəyyən edib ki, "Facebook”da saxta iş elanları ilə qadınları aldadaraq tanışlıq quran şəxs daha sonra onları öldürüb. Cəsədləri tapılan və şəxsiyyəti hələ müəyyən edilməyən xeyli qadın var.

İctimai Təhlükəsizlik Katibinin müavini Ricardo Mejía-nın açıqlamasına görə, bu qətlləri törədən şəxsin iştirak edə biləcəyi ən azı yeddi qadın öldürmə hadisəsi var.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
16:36 15.08.2025
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
16:27 15.08.2025
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi