Bu ölkədə satılmayan ərzaqlar insanlara pulsuz veriləcək

Bu ölkədə satılmayan ərzaqlar insanlara pulsuz veriləcək
DÜNYA
20:10 19.07.2023
365
Belçikanın paytaxtı Brüsseldə böyük supermarketlər sata bilmədikləri, lakin hələ də istifadəyə yararlı olan ərzaq məhsullarını atmaq əvəzinə insanlara bağışlayacaq.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Brüssel hökumətinin tullantıları azaltmaq qərarı ilə 1000 kvadratmetrdən böyük olan supermarketlər 2024-cü ildən etibarən satılmayan, lakin istifadə müddəti bitməyə yaxın olan qidaları bağışlamalı olacaq.

Ölkənin sosial yardım naziri Alain Maron şəhərdə yaşayan 70 min insanın ərzaq yardımına ehtiyacı olduğunu deyib.

Hər gün tonlarla istehlak məhsulunu atmağın qəbuledilməz olduğunu söyləyib.

Nazir bildirib ki, Brüsseldə orta hesabla bir supermarket hər ay təxminən 1 ton istehlak qidasını bağışlayır, bəziləri isə hələ də əhəmiyyətli miqdarda ərzaqları tullayır.

Qeyd edək ki, Belçikada son illərdə ərzaq inflyasiyasının artması  səbəbindən "qida bankları” adlanan yardım nöqtələrindən yararlananların sayı artır.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR