Bu ölkədə siçanlar arasında yeni növ koronavirus aşkarlandı

Bu ölkədə siçanlar arasında yeni növ koronavirus aşkarlandı
DÜNYA
14:29 06.06.2022
415
İsveçdə siçanlar arasında yayılan yeni koronavirus aşkarlanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsveçli tədqiqatçılar bir siçan növündə "Grimsö” virusu adlandırdıqları yeni növ koronavirus aşkar etdiklərini açıqlayıblar. Bu növün gəmiricilər arasında yayıldığı aşkar edilib.

Uppsala Universitetindən virusoloq Ake Lundkvist bildirib ki, "Grimsö virusu” adlandırılan virusun xalq sağlamlığı üçün hansı potensial təhlükələr yaradacağı hələ məlum deyil.

Lundkvist qeyd edib ki, gəmiricilər arasında koronavirusun yayılmasına nəzarət edilməlidir. Onun sözlərinə görə, bu siçanlar əlverişsiz hava şəraitində insanların yaşadığı yerlərə gəldikləri üçün virusların ötürülmə riskini artırır.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR