Dekabrın 24-də Nigeriyanın Bokkos şəhəri və ətraf ərazilərində baş verən silahlı hücumda ölənlərin sayı açıqlanıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Amnesty International"ın Nigeriya ofisi məlumat dərc edib.
Belə ki, hücum nəticəsində ölənlərin sayının 140-ı keçdiyi bildirilib.
Təşkilat rəsmiləri hücumların Barkin-Ladi şəhəri ətrafında, xüsusilə də Bokkos şəhəri ətrafındakı icmaların hədəf alındığını vurğulayıblar.
Hücumların kənd yerlərində baş verdiyi üçün itkin düşənlərin olduğu və ölənlərin sayının arta biləcəyi bildirilib.
Mikayıl