Bu ölkədə SMS xidməti qadağan edildi

DÜNYA
14:44 10.10.2014
1016
Tacikistanın mobil operatorları ölkə paytaxtı Düşənbənin sakinləri üçün qısa mətn məlumatları mübadiləsi (sms) imkanlarını söndürüblər.
Bu, oktyabrın 10-da günün ikinci yarısında mitinq gözləyən ölkə rəhbərliyinin göstərişi ilə edilib.
“Dünən axşam Rabitə xidmətindən xüsusi sərəncamın verilməsinədək sms xidmətini söndürmək barədə göstəriş aldıq və bunu etdik. Səbəblərini bizə bildirmədilər. Bunun nə qədər davam edəcəyini bilmirik”, - deyə, mobil rabitə şirkətlərindən birinin rəhbərliyinin nümayəndəsi anonimliyin saxlanılması şərtilə bildirib.
Qeyd edək ki, mitinqin keçirilməsi tələbi ilə oktyabrın 9-da Tacikistan Ali Məhkəməsinin ekstremist elan etdiyi “Qruppa 24”ün üzvləri çıxış edirlər.
Müxalifətçilər ölkə prezidenti Emoməli Rəhmonun istefasını tələb edirlər.//oxu.az
OXŞAR XƏBƏRLƏR