Çində son 54 ilin ən soyuq günü yaşanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Çinin şimal bölgəsindəki Mohe şəhərində son 54 ilin ən soyuq günü yaşanıb. Havanın temperaturu -53 dərəcə enib.
Yanvarın 22-də yerli vaxtla saat 07:00-da ölkənin şimalında, Rusiya ilə sərhəddə yerləşən Mohedə havanın temperaturu -53 dərəcə şaxta olub.
Çinin ən soyuq bölgəsi olaraq göstərilən və ölkənin Şimal Qütbü kimi tanınan Mohedə qış mövsümü ümumiyyətlə 8 ay davam edir.
Qeyd edək ki, ölkənin qış turizm mərkəzlərindən biri olan Mohe il boyu turistləri qəbul edir.
Günel