Bu ölkədə uşaqlar arasında təhlükəli virus yayılır

Bu ölkədə uşaqlar arasında təhlükəli virus yayılır
DÜNYA
16:35 07.09.2021
2055

Hindistanın Kerala əyalətində"Nipah” virusu ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

AZXEBER.COM xəbər verir ki, son statistikaya görə 12 yaşında bir uşaq bu virus səbəbiylə ölüb, 188 uşağın isə virusun daşıyıcısı olduğu məlum olub.

Mövcud vəziyyətlə bağlı Hindistanın Malappuram və Kannurda əyalətlərində karantin elan edilib.

188 nəfər daşıyıcı arasında 20-si yüksək riskli xəstə hesab olunur. Araşdırmalara əsasən "Nipah” virusu COVİD-19-dan 75 qat daha ölümcül olduğu üçün dünyanın ən təhlükəli viruslarından biri sayılır.

Mütəxəssislər bu xəstəliyin şiddətli beyin ağrısı, qusma kimi simptomları olduğunu bildirib.

Qeyd edək ki, "Nipah” virusu üçün heç bir müalicə və ya peyvənd yoxdur.

Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR