Bu ölkədə yaşlı insanların sayı artır

Bu ölkədə yaşlı insanların sayı artır
DÜNYA
11:13 20.09.2023
81
Yaponiya hökuməti ölkədə hər 10 nəfərdən birinin 80 və ya daha yuxarı yaşda olduğunu bildirib.

AZXEBER.COM xəbər verir ki, Yaponiyanın Daxili İşlər və Rabitə Nazirliyi ölkədə yaşayan 65-80 yaş arası insanlar üçün əhali məlumatlarını yeniləyib.

Yeni məlumatlara görə, ölkədə yaşayan 80 və yuxarı yaşlı əhalinin sayı ötən illə müqayisədə 270 min nəfər artaraq 12,5 milyon nəfərə çatıb. 

Beləliklə, 80 və daha yuxarı yaşda olan əhalinin sayı indiyədək ən yüksək səviyyəyə çatıb və Yaponiyanın ümumi əhalisinin 10%-ni keçib. Ölkədə hər 10 nəfərdən biri 80 və ya daha yuxarı yaşda qeydə alınıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR