Estoniyanın Tırva şəhərində Ukrayna Prezidenti Volodimir Zelenskinin qumdan hazırlanmış nəhəng heykəli qoyulub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaya Kallas "Instagram” səhifəsində məlumat verib.
O bildirib ki, heykəl Azadlıq Parkında yerləşir. Şəhər sakinləri parkı ötən ilin iyununda açıblar və söz veriblər ki, Ukrayna müharibədə qalib gələnə qədər heykəl orada dayanacaq.
"Estoniyalıların Ukraynaya dəstəyi sarsılmazdır - Estoniyanın hər yerində bunun əlamətləri var. Tırvada yerli sakinlər Ukraynaya həsr olunmuş Azadlıq Parkı yaradıblar. Bu parkda prezident Zelenskinin monumental qum heykəli var", - baş nazir yazıb.
Mikayıl