Bu ölkədən ChatGPT-yə ikinci şans: 30 apreldə...

Bu ölkədən ChatGPT-yə ikinci şans: 30 apreldə...
DÜNYA
13:26 18.04.2023
209
İtaliyanın Məlumatların Mühafizəsi Təşkilatı aprelin 30-da ChatGPT-ni yenidən işə salmağa hazır olduğunu söyləyib.

AZXEBER.COM Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya Məlumatların Mühafizəsi Təşkilatının Administratoru Pasquale Stanzione deyib.

Stanzione Corriere della Sera qəzetinə deyib:
 
"OpenAI baxımından faydalı addımlar atmaq istəyi varsa, aprelin 30-da ChatGPT-ni yenidən açmağa hazırıq".

Qeyd edək ki, süni intellektə əsaslanan OpenAI startapı tərəfindən hazırlanmış və son aylarda məşhur olan ChatGPT robotu İtaliya hakimiyyəti tərəfindən qadağan edilib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR