Türkiyə, Ukrayna və Rusiya taxıl daşınması üçün bir araya gəlir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndə heyətləri Ukraynada taxılın təhlükəsiz daşınmasını təmin etmək üçün İstanbulda bir araya gələcək.
Bununla bağlı Türkiyənin Müdafiə naziri Hulusi Akar açıqlama verib:
"Sabah Türkiyə, Rusiya Federasiyası və Ukrayna Müdafiə nazirliklərinin hərbi heyətləri ilə Birləşmiş Millətlər Təşkilatının nümayəndə heyəti Ukrayna limanlarında gözləyən taxılın təhlükəsiz daşınması üçün danışıqlar aparacaq”.
Ayşən