İngiltərənin paytaxtı Londonda Britaniya Muzeyinin inventarında olan dünya irsi əşyaları oğurlandıqdan sonra bir çox ölkədən "əsərlərimizi geri verin” çağırışı yüksəlir.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, oğurlanan dünya irsi nümunələri üçün çağırış edən ölkələr arasında Çin də var.
Minlərlə istifadəçi Çin torpağından götürülmüş artefaktların geri qaytarılmasını tələb edib.
Çağırışlar dövlət qəzetində dərc olunan baş məqalədən sonra başlayıb.
İngiltərədəki muzey Qərbdəki ən böyük Çin antikvar kolleksiyasına ev sahibliyi edir.
Məlumata görə, muzeyin inventarında neolit dövrünə aid 23 min Çin mədəniyyət obyekti var.
Çin muzeyin "əsərlərimizi geri qaytarmaq" üçün çağırıldığı yeganə ölkə deyil.
Dünya irsi əsərlərinin oğurlandıqdan sonra digər ölkələrdə də Britaniya Muzeyinin artıq təhlükəsiz yer olmadığı barədə bəyanatlar gəlir.
Şəbnəm