Türkiyə əhalisinin qəzəb səviyyəsinə görə dünyada ikinci yerdədir.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, siyahıda birinci yeri isə Livan tutur.
Livanın liderlik etdiyi siyahıda əhalisinin 48 faizi əsəbi olan Türkiyə ikinci yerdədir.
Tədqiqat nəticələri həmçinin göstərir ki, Türkiyə Avropanın "ən qəzəbli ölkəsi" adını hələ də qoruyub saxlayır.
Türkiyəni 43% ilə Ermənistan, 40% ilə İraq və 39% ilə Əfqanıstan izləyir.
Siyahının daha aşağısında 35% ilə İordaniya, 34% ilə Mali və 33% ilə Syerra-Leone gəlir.
Aysel










































