Bu ölkələr Türkiyə üçün səfərbər oldu - SİYAHI

Bu ölkələr Türkiyə üçün səfərbər oldu - SİYAHI
DÜNYA
13:40 07.02.2023
363
Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. 10 şəhərdə dağıntılara səbəb olan zəlzələlərdən sonra binalar uçub, minlərlə insan həyatını itirib. 

AZXEBER.COM xəbər verir ki, bir çox ölkə və beynəlxalq təşkilatlar Türkiyə üçün səfərbər olublar. Bir çox ölkə Türkiyəyə başsağlığı verib və kömək etməyə hazır olduqlarını bildiriblər. Onların siyahısını təqdim edirik.

AZƏRBAYCAN
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Etibar İsmayılov mətbuata açıqlamasında bildirib ki, fəsadların aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyəyə 370 canlı qüvvə və 8 axtarış-xilasetmə iti göndərilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınıb.

İNGİLTƏRƏ
Böyük Britaniyanın baş naziri Rişi Sunak deyib: "Bu səhər düşüncələrim Türkiyə və Suriya xalqı ilə, xüsusən də zəlzələdə qapalı qalanları xilas etmək üçün cəsarətlə çalışan ilk müdaxilə ilə bağlıdır. Böyük Britaniya əlimizdən gələn hər cür yardıma hazırdır". İngiltərə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Türkiyəyə 76 nəfərlik axtarış-xilasetmə qrupu göndərilib.

İSVEÇRƏ
İsveçrə axtarış-xilasetmə işlərini həyata keçirmək üçün zəlzələ bölgəsinə 80 nəfərlik bir qrup göndərməyə qərar verib.

AVSTRALİYA
Avstriyadan 80 əsgər Türkiyəyə yola düşüb. Bu ölkədən 25 xüsusi axtarış-xilasetmə qrupu zəlzələ bölgəsinə gedəcək.

FRANSA
Fransanın xarici işlər naziri Ketrin Kolonna "Twitter"də "Türkiyədə baş verən və çoxlu insan tələfatına səbəb olan dəhşətli zəlzələdən sonra həmkarım Mövlud Çavuşoğluna, ölkəsinə və türk xalqına başsağlığı verdim. Fransa türk xalqının yanındadır", deyib. Fransa bu gün axşam saatlarında Türkiyəyə 139 axtarış-xilasetmə işçisi göndərəcəyini açıqlayıb. 

ÇEXİYA
Çexiya Türkiyəyə 68 nəfərlik axtarış-xilasetmə qrupu göndərib. Qeyd olunub ki, Fövqəladə Hallara Xüsusi Hücum Dəstəsinin (EMAK) 21 yanğınsöndürən və iki axtarış-xilasetmə iti axtarış-xilasetmə işlərində istifadə olunacaq xüsusi maşınlarla bir neçə saat sonra yola düşəcək.

BOLQARISTAN
Bolqarıstan Yanğından Mühafizə və Mülki Müdafiə bölmələrindən ibarət 58 nəfərlik mütəxəssis xilasetmə qrupunun Türkiyəyə hərəkət edəcəyi, komandanın xilasetmə işləri üçün təchiz olunmuş 20 maşınla gedəcəyi açıqlanıb. Həmçinin yataq dəsti, yastıq, yorğan, çarşaf, dəsmal və digər əşyalardan ibarət 1000 ədəd yataq dəstinin göndərilməyə hazır olduğu bildirilib. Bolqarıstan bu yardıma əlavə olaraq 1000 ədyal və 1000 yataq dəsti göndərəcəyini və fövqəladə vəziyyətdən 300 mətbəx dəsti, 300 ailə tipli çadır, 300 qızdırıcı, 1000 döşək və 3000 ədyaldan ibarət yardım əlavəsinin hazırlanacağını bildirib. 

ALBANİYA
Albaniya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamada, Albaniya Müdafiə Nazirliyi və Milli Mülki Qurumlardan aralarında sağlamlıq və axtarış-xilasetmə personalı da daxil olmaqla 7 maşın və 53 nəfərdən ibarət bir qrupun Türkiyəyə göndərildiyi bildirilib. 

HOLLANDİYA
Hollandiya Eyndhovendən Türkiyəyə 15 tonluq ağır xilasetmə maşınları və digər ləvazimatları daşıyan yük təyyarəsinin yola düşəcəyini, 65 nəfərin və 8 xilasedici itin başqa bir təyyarə ilə zəlzələ bölgəsinə göndəriləcəyini açıqlayıb.

İSPANİYA
İspaniya iki hərbi təyyarə ilə 90-dan çox xilasetmə və tibb qrupunun Türkiyəyə göndəriləcəyini açıqlayıb. İspaniyadakı "Sərhədsiz Yanğınsöndürənlər” təşkilatı kimi bəzi mülki yardım qrupları 10-15 nəfərlik qruplarla Türkiyəyə yardım üçün gedəcəklərini açıqlayıb.

ALMANİYA
Almaniyanın müdafiə naziri Boris Pistorius da "Twitter” səhifəsində Almaniya ordusunun bu humanitar fəlakətdən zərər çəkənlərə sürətli dəstək verməyə hazır olduğunu bildirib. 
POLŞA
Qeyd olunub ki, Polşadan Türkiyəyə 76 xilasedici və 8 xilasedici it göndəriləcək. Rumıniya hökuməti də Türkiyəyə yardım qrupları göndərəcəyini açıqlayıb.

NATO
NATO-nun baş katibi Yens Stoltenberq episentri Türkiyə olan 7,7 bal gücündə zəlzələ ilə bağlı mesaj verib. Stoltenberq, "Türkiyə ilə tam həmrəyik. Prezident Ərdoğan və Xarici İşlər Naziri Çavuşoğlu ilə əlaqə saxlayıram. Hazırda NATO müttəfiqləri dəstək üçün səfərbərdir", - deyib. 

ABŞ
ABŞ prezidenti Co Bayden öz komandasına vəziyyəti yaxından izləməyə davam etməyi və Kahramanmaraşda 10 vilayətdə baş verən zəlzələlər üçün Türkiyə ilə koordinasiyalı şəkildə lazım olan bütün yardımı göstərməyi tapşırıb. 

KKTC
Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyi Türkiyədəki zəlzələ fəlakətində iştirak etmək üçün Girne limanından 8 maşın və 20 personalın gəmi ilə Taşucuya daşınacağını və fəlakət bölgəsinə təhvil veriləcəyini açıqlayıb.
Nazirlikdən verilən açıqlamada, "THY və KTBK DAFYAR qrupu 22 nəfərlik heyətlə Antepə, Təhlükəsizlik Qüvvələri Komandanlığı personalından ibarət 17 nəfərlik axtarış-xilasetmə qrupu isə PEGASUS ilə Adıyamana gedəcək". 

QƏTƏR
Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olan Qətər əmiri Təmim bin Həməd əs-Sani başsağlığı verib. BƏƏ ilə Küveyt, Kahramanmaraş, Türkiyə və Suriyada baş verən zəlzələlərdə zərər çəkənlərə yardım və dəstək bəyanatları verib. Qətər Qızıl Aypara Cəmiyyəti yazılı açıqlamada Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə təcili yardım kampaniyası başlatdığını açıqlayıb.

RUSİYA
Kreml Türkiyənin cənubunda baş verən 7,7 bal gücündə zəlzələ ilə əlaqədar Ankara ilə həmrəy olduğunu bildirib və ölkənin bu fəlakəti ən az zərərlə aradan qaldıracağına ümid etdiyini bildirib. Rusiya Fövqəladə Hallar Nazirliyi, "Zəlzələ səbəbiylə 100 nəfərlik axtarış-xilasetmə qrupunu daşıyan 2 İl-76 təyyarəsi Türkiyəyə göndərilməyə hazırdır”, - bildirib.

YAPONİYA
Yaponiyadan verilən açıqlamada, "Bu gün baş verən zəlzələ ilə əlaqədar Türkiyəyə dərin hüznlə başsağlığı verir və yaralılara tezliklə şəfa diləyirik", - bildirib. Yaponiya Xarici İşlər Nazirliyi "Yaponiya Beynəlxalq Fövqəladə Xilasetmə Qrupunun 3 üzvü və Yaponiyadan göndərilməsi nəzərdə tutulan 15 nəfərlik xilasetmə qrupundan ibarət aparıcı qrup 6 fevral 2023-cü il tarixində saat 22-də Haneda hava limanından yola düşdü”, - deyə açıqlama verib.

İSRAİL
İsrailin müdafiə naziri Yoav Gallant bildirib ki, "İsrail təhlükəsizlik qüvvələri lazım olan bütün yardımı göstərməyə hazırdır”. İsrailin xarici işlər naziri Eli Koen təcili yardım paketinin hazırlandığını bildirib.

ÇİN
Çin Dövlət Başçısı Si Cinpin Kahramanmaraşda 10 vilayətdə baş verən zəlzələlərdə həyatını itirənlər üçün prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Mesajında  Çin hökuməti və xalqı adından həyatını itirənlər üçün kədərləndiyini bildirib, həyatını itirənlərin ailələrinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb.

AVROPA BİRLİYİ
Avropa Şurasının sədri Çarlz Mişel "Twitter” hesabından verdiyi açıqlamada episentri Kahramanmaraşın Pazarcık rayonunda olan və ümumilikdə 10 vilayətdə baş verən 7,4 bal gücündə zəlzələ ilə bağlı "Haqqında xəbər tutanda çox kədərləndim. Həyatını itirən çoxlu ailələrə başsağlığı verir, yaralılara isə tezliklə şəfa diləyirəm. AB sizinlə tam həmrəydir", - deyə bildirib.

UKRAYNA
Ukrayna Prezidenti Volodimir Zelenski episentri Kahramanmaraşın Pazarcık rayonu olan və ümumilikdə 10 vilayətdə baş verən 7,7 bal gücündə zəlzələdə həyatını itirənlər üçün başsağlığı verib. Zelenski sosial media hesabında paylaşdığı paylaşımda Türkiyəyə ən xoş arzularını çatdırıb. Zelenski türk dilində yazdığı mesajda "Prezident Rəcəb Tayyib Ərdoğana, türk xalqına və Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananların hamısına şəfa diləyirəm. Bu çətin zamanda türk xalqı tərəfindəyik. Biz fəlakətin nəticələrinin aradan qaldırılması üçün lazımi yardımı göstərməyə hazırıq”, - deyə bildirib.

YUNANISTAN
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis "Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələ fəlakəti bizi dərindən kədərləndirdi. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk və bütün zərərçəkənlərlə birlikdəyik. Yunanıstan öz resurslarını və iradəsini səfərbər edir. Dərhal kömək edəcəyik”, - deyə bildirib.

ÜMUMDÜNYA SƏHİYYƏ TƏŞKİLATI
ÜST-nin Avropa direktoru Hans Kluge ÜST-nin Avropa üzvü olan Türkiyəyə və Suriyada baş verən zəlzələdə həyatını itirənlərə başsağlığı verib. 

İTALİYA
İtaliya Baş Nazirliyindən verilən yazılı açıqlamada, "Baş nazir Giorgia Meloni Türkiyəni Suriya sərhəddində vuran dağıdıcı zəlzələ ilə bağlı hadisələri və Mülki Müdafiə tərəfindən yenilənən məlumatları yaxından izləyir. İtalyan Mülki Müdafiəsi ilk yardıma qatqı təmin etmək üçün hazırdır", - deyə bildirib. İtaliya xilasetmə briqadasının kəşfiyyat qrupu dağıntılar altında qalanları xilas etmək üçün yola düşüb. Malta isə bu sahədə təhsil almış insanlardan ibarət komandanın Türkiyəyə göndəriləcəyini açıqlayıb.

İSVEÇ
İsveç xarici işlər naziri Tobias Billström də "Twitter” hesabında "Türkiyə və Suriyada çox sayda insanın ölümünə səbəb olan zəlzələdən dərin kədərləndim" sözlərini paylaşıb. Billström İsveçin Avropa Birliyi (AB) çərçivəsində təbii fəlakətdən əziyyət çəkən ölkələrə yardım üçün xarici işlər naziri Mövlud Çavuşoğlu və Suriya rejimi ilə əlaqə saxlayacağını bildirib.

POLŞA
Polşanın daxili işlər naziri Mariuş Kaminski "Twitter” hesabında "Türkiyəyə etdiyimiz yardımın qəbulu üçün rəsmi icazə aldıq. Xilasedicilər  bu gün Türkiyəyə gedəcək", paylaşımında bildirib. Kaminski qeyd edib ki, Polşadan Türkiyəyə 76 xilasedici və 8 xilasedici it göndəriləcək.

RUMINİYA
Rumıniya hökuməti də Türkiyəyə yardım qrupları göndərəcəyini açıqlayıb. Rumıniya Fövqəladə Hallar Komitəsi bəyan edib ki, Rumıniya prezidenti Klaus İohannis ilə məsləhətləşmədən sonra onlar axtarış-xilasetmə qruplarını zərər çəkmiş ərazilərə göndərəcəklər.

LITVA
Litvanın xarici işlər naziri Qabrielus Landsberqis də zəlzələ ilə bağlı dərin hüznünü ifadə edərək, "Biz Litva olaraq xilasetmə və xilasetmə əməliyyatlarına dəstək olmaq üçün çadır, ədyal və tibbi xidmət göstərməyə hazırıq”, deyib. 

LİVAN
Livanın baş naziri Nəcib Mikati Kahramanmaraş mərkəzli zəlzələdə dağıntılar altında qalanların xilas edilməsi üçün Türkiyəyə bir qrup göndərə biləcəklərini açıqlayıb.

ƏL CƏCAZİR
Əlcəzair Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada "Əlcəzair bu faciənin ağrısını Türkiyə Respublikası və Suriya Ərəb Respublikasındakı qardaşları ilə bölüşür, bu iki qardaş ölkə ilə tam həmrəyliyini təsdiq edir və ümid edir ki, bu sınaqdan böyük səbr, qətiyyət və əzmlə qalib gələr”, - deyə bildirib.

EFIOPİYA
Efiopiya Xarici İşlər Nazirliyi zəlzələdən dərin kədərləndiklərini ifadə edərək, "Türkiyə hökuməti və xalqı ilə həmrəyik”, deyib. 

QAMBİYA VƏ SOMALİ
Qambiya prezidenti Adama Barrou "Twitter” hesabında "Türkiyə Respublikası, Suriya və Yaxın Şərqin digər bölgələrində baş verən və minlərlə insanın ölümünə səbəb olan güclü zəlzələ ilə bağlı dağıdıcı xəbəri indicə öyrəndik. Kahramanmaraş və Qaziantepdə baş verən zəlzələlərdə həyatını itirən dost və qardaş ölkə Türkiyə vətəndaşlarına Allahdan rəhmət, yaxınlarına və türk millətinə başsağlığı diləyirəm. yaralılara tezliklə şəfa diləyirəm”, - deyə bildirib.

FƏLƏSTİN
Fələstin Baş naziri Məhəmməd İbrahim İştiye Türkiyə və Suriyaya axtarış-xilasetmə və tibbi qruplar göndərəcəklərini açıqlayıb. 

QAZAXISTAN
Qazaxıstan administrasiyası Kahramanmaraşda zəlzələdən zərər çəkmiş vilayətlərdə axtarış-xilasetmə işləri aparmaq üçün aralarında təcrübəli xilasedicilər və həkimlərdən, həmçinin xüsusi təlim keçmiş itlərdən ibarət qrup Türkiyəyə göndərildiyini bildirib.

LİVİYA
Liviyanın baş naziri Əbdülhəmid Dibeybe Kahramanmaraşda 10 vilayətdə baş verən zəlzələlərdən sonra aparılan işlərdə iştirak etmək üçün zəlzələ bölgələrinə texniki heyət göndərilməsi barədə göstəriş verib. 

BƏƏ
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanın göstərişi ilə zəlzələdən zərərçəkənlərə dəstək olmaq üçün səhra xəstəxanası yaradılacaq.

MALAYZİYA
Malayziya səlahiyyətliləri Malayziya Xüsusi Axtarış və Xilasetmə Qrupundan (SMART) 75 mütəxəssisin axtarış-xilasetmə əməliyyatında istifadə olunacaq avadanlıqlarla birlikdə bu axşam Türk Hava Yollarına məxsus təyyarə ilə Türkiyəyə yola düşəcəyini bildirib.

HİNDİSTAN
Hindistanın baş naziri Narendra Modi Türkiyədə baş verən zəlzələ nəticəsində can və mal itkisi səbəbiylə yaşanan ağrıları paylaşdıqlarını bildirib. Baş nazir Modi Hindistanın Türkiyə xalqı ilə həmrəy olduğunu və bu faciənin öhdəsindən gəlmək üçün hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Digər tərəfdən, Hindistan Baş Nazirlikdən verilən açıqlamada, təlim keçmiş axtarış-xilasetmə itləri və xüsusi avadanlıqla təchiz edilmiş 100 nəfərdən ibarət Milli Fəlakətə Qarşı Mübarizə Qüvvələrinin (NDRF) iki komandasının göndəriləcəyi bildirilib. 

PAKİSTAN
Pakistanın baş naziri Şahbaz Şərif ölkəsinin Kahramanmaraşda ümumilikdə 10 vilayətdə baş verən zəlzələlərdə can və mal itkisi ilə əlaqədar Türkiyəyə axtarış-xilasetmə qrupu və yardım materialları göndərəcəyini açıqlayıb. Baş nazir Şərif "Twitter” hesabından verdiyi açıqlamada prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı apardığını və başsağlığı dilədiyini bildirib.

Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR