Banqladeş və Myanmara təsir edən Moça qasırğasının yaratdığı sel və güclü küləklər nəticəsində ölən və yaralananların sayı açıqlanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Myanmarın Arakan əyalətinin paytaxtı Sittvedəki Arakan Gənclik Xeyriyyə Dərnəyindən verilən açıqlamada bölgə sakinlərinin daşqın riskinə qarşı hündürmərtəbəli binalara sığındığı, 700-dən çox insanın yaralandığı bildirilib.
Yerli mətbuatda yer alan xəbərlərdə sürəti saatda 209 kilometrə çatan qasırğada axtarış-xilasetmə işləri zamanı 5 nəfərin cansız bədəninə rast gəlindiyi bildirilib.
Myanmadakı hərbi administrasiya rəsmilərinin bəyanatında güclü küləyin binalara və elektrik xətlərinə ziyan vurduğu, bəzi binaların damlarının uçurulduğu bildirilib.
Moça qasırğası ilə əlaqədar ölkənin qərb sahilindəki Arakan əyalətində fövqəladə vəziyyət elan edilib.
Təxliyyələr davam etdiyi üçün insanlar sahilyanı ərazilərdən uzaq durmağa çağırılıb.
Banqladeşdə təxliyə edilənlərin sayının 700 mini keçdiyi təxmin edilir.
Qeyd edək ki, Myanmarda 2008-ci ildə "Nargis” qasırğasında 135 min insan həyatını itirmişdi.
Mikayıl