Bu ölkələrdə humanitar böhran daha da artacaq - ARAŞDIRMA

Bu ölkələrdə humanitar böhran daha da artacaq - ARAŞDIRMA
DÜNYA
12:06 14.12.2023
190
İqlim dəyişikliyi, silahlı münaqişələr, artan borc yükü və beynəlxalq dəstəyin azalması 2024-cü ildə dünyada humanitar böhranları sürətləndirəcək.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-da yerləşən Beynəlxalq Xilasetmə Komitəsi (IRC) açıqlayıb.
    
Komitə 2024-cü il Fövqəladə Hallar üzrə Nəzarət Siyahısına əsasən Afrikada olan 20 ölkəni gələn il humanitar vəziyyətin pisləşməsi riski yüksək olan ölkələr kimi qeyd edib.

IRC-nin fövqəladə vəziyyətə nəzarət siyahısında birinci yerdə Sudan, ikinci yerdə işğal olunmuş Fələstin əraziləri və Cənubi Sudan gəlir. Asiyada Myanma və Əfqanıstan; Yaxın Şərqdə Suriya, Livan və Yəmən; Ukrayna Avropada; Cənubi Amerikada Ekvador və Karib hövzəsindəki Haiti siyahıda digər ölkələr olub.

Bu 20 ölkə dünya əhalisinin təxminən 10 faizini, qlobal humanitar ehtiyacların 86 faizini və köçkünlərin 70 faizini təşkil edir.

Hesabat bu il humanitar yardıma ehtiyacı olan insanların sayının 300 milyona, evlərini tərk etmək məcburiyyətində qalanların sayının isə 110 milyona yüksəlməsindən sonra verilib.

Qeyd edək ki, komitənin rəhbəri Devid Milibend açıqlamasında iqlim dəyişikliyinə uyğunlaşma, qadınların səlahiyyətlərinin artırılması və köçkünlərə dəstək ilə bağlı daha çox addımların atılmasının vacibliyini vurğulayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR