Bu ölkələrdə koronavirusdan ölüm halları kəskin artdı

Bu ölkələrdə koronavirusdan ölüm halları kəskin artdı
DÜNYA
13:48 05.08.2021
1050
İraq və Səudiyyə Ərəbistanında koronavirusdan ölənlərin sayında xeyli artım müşahidə edilir.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, yeni tip koronavirus səbəbiylə dünən İraqda 73, S.Ərəbistanında isə 14 nəfər insan həyatını itirib.
 
Bu barədə hər iki ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.
 
Qeyd edək ki, İraqda bu günə qədər yeni növ koronavirus infeksiyasına 12713 nəfər yoluxub, 6574 nəfər sağalıb. S.Ərəbistanında isə 1043 nəfər xəstəliyə yoluxub, 1211 nəfər isə sağalıb.
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR