Bu şəxslərə cinsi əlaqəyə girmək qadağan edildi

Bu şəxslərə cinsi əlaqəyə girmək qadağan edildi
DÜNYA
13:20 02.06.2022
3285
Meymunçiçəyi epidemiyası ilə bağlı cinsi əlaqə qadağan edilib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünya hələ də koronovirus epidemiyası ilə mübarizə apararkən, yeni bir xəstəlik təhlükəsi yaşanır. Meymunçiçəyi son həftələrdə ABŞ, İngiltərə, İspaniya və Portuqaliya başda olmaqla onlarla ölkədə aşkar edilib.

Yoluxmaların sayının hər keçən gün artdığı Böyük Britaniyadan rəsmi xəbərdarlıq gəlib. İngiltərə hökumətinə bağlı səhiyyə qurumları meymunçiçəyi əlamətləri göstərən şəxslərin cinsi əlaqəyə girməməsi lazım olduğunu açıqlayıb.

Həmçinin bildirilib ki, hava-damcı hissəcikləri və təmas yolu ilə yoluxduğu açıqlanan xəstəlik paltarlar vasitəsilə yayılır. Ümumilikdə Afrika qitəsinin mərkəzi və qərb bölgələrində təsbit edilən xəstəliyin son vaxtlar xüsusilə ABŞ, İngiltərə, İspaniya və Portuqaliyada sürətlə yayıldığına diqqət çəkən səlahiyyətlilər, bu xəstəliyin risk yarada biləcəyinə diqqət çəkiblər.

Digər tərəfdən, COVİD-19-da olduğu kimi, İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiya meymunçiçəyi olan şəxslərdən evdə qalmalarını və 21 gün özlərini təcrid etmələrini tələb edib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR