Bu ölkələrdən Rusiyayla bağlı yeni QƏRAR

Bu ölkələrdən Rusiyayla bağlı yeni QƏRAR
DÜNYA
14:37 12.12.2022
193
Aralıq dənizində sahili olan 9 Avropa Birliyi ölkəsinin iştirak etdiyi Avro-Aralıq dənizi Zirvə Toplantısının (EU-MED9) yekun bəyannaməsində, Rusiya-Ukraynanın yaratdığı enerji böhranı və iqtisadi problemlərə qarşı ortaq siyasətlərin hazırlanması çağırışı edilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bundan əlavə, 9 ölkə "Rusiya prezidenti Vladimir Putinin enerji şantajına arxalanmamaq üçün təbii qaza tavan qiymət təyin etmək və Rusiyanın qalıq yanacaqlarına alternativləri təşviq etmək" barədə razılığa gəlib.
 
İspaniya, İtaliya, Fransa, Yunanıstan, Malta, Xorvatiya, Portuqaliya, Kipr, Sloveniya dövlət və ya hökumət başçılarının (İtaliya adından xarici işlər naziri Antonio Tajani iştirak edib) iştirak etdiyi İspaniyanın Alikante şəhərində keçirilən Aİ-MED9-dan sonra birgə bəyanat ) nəşr olunub.

"Alikante Bəyannaməsi” adı altında dərc edilən yekun bəyanatda 9 ölkə "Rusiya prezidenti Vladimir Putinin enerji şantajına arxalanmamaq üçün təbii qaza tavan qiymət təyin etmək və Rusiyanın qalıq yanacaqlarına alternativləri təşviq etmək” mövzusunda razılaşıb.

"Ukraynanın ümumi, iqtisadi, hərbi, sosial və maliyyə dayanıqlığına, o cümlədən humanitar yardıma güclü dəstəyi davam etdirmək əzmində olduğumuzu bir daha bəyan edirik”, - bəyanatda deyilir. 

Bəyanatda Şərqi Aralıq dənizində Rum Administrasiyasının tezislərini müdafiə edən bənd də yer alıb və 2022-ci ilin iyununda və Avropa Şurasının əvvəlki qərarlarına istinad edilib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR