Bu ölkəni "Eurovision"da əkizlər təmsil edəcək

MAQAZİN
17:43 15.03.2014
1113
Rusiyanın "Eurovision 2014" təmsilçisi seçilib. 
ANS PRESS-in məlumatına görə, bu il bu öllkəni Danimarkada əkzi bacılar təmsil edəcək. Maşa və Nastya Tolmaçeva bacıları 2006-cı ildə "Eurovision Junior" yarışmasına qatılmışdılar. Bu il müsabiqə "Rossiya 1" kanalı ilə Rusiya ərazisində yayımlanacaq.Qızların hansı mahnı ilə müsabiqəyə qatılacaqları isə açıqlanmayıb."Eurovision junior" müsabiqəsində qələbə əkiz bacıların ilk böyük uğuru olub. Hələ o zaman qızlar mətbuat konfransında ən böyük arzularının "Eurovision" müsabiqəsinə qatılmaq olduğunu açıqlamışdılar.17 yaşlı qızlar musiqi ilə hələ lap kiçik yaşlarından məşğul olmağa başlayıblar. Onlar bir necə müsabiqənin laureatı adını qazanıblar.Onlar may ayının 6-da müsabiqənin ilk yarımfinalında mübarizəyə başlayacaqlar. Ümumilikdə müsabiqəyə 37 ölkə qatılacaq.
OXŞAR XƏBƏRLƏR