Bu ölkəyə gedənlərin nəzərinə! –giriş ödənişli olacaq

Bu ölkəyə gedənlərin nəzərinə! –giriş ödənişli olacaq
DÜNYA
11:19 13.09.2023
553
İtaliyanın Venesiya şəhərində gündəlik turist axını problemini həll etmək üçün şəhərə gələn turistlərdən giriş haqqı alınacaq.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bir müddətdir gündəmdə olan məsələyə bələdiyyə də razılıq verib. 

Venesiya Bələdiyyəsi tərəfindən verilən açıqlamaya görə, Venesiya Bələdiyyə Şurası bələdiyyə rəhbərliyinin şəhərə gündəlik gələn turistlərdən giriş haqqının alınması ilə bağlı irəli sürdüyü qərarı səs çoxluğu ilə təsdiqləyib.

Gündəlik turistlərdən 5 avroluq giriş haqqı tələb olunacaq.

Ayşən
OXŞAR XƏBƏRLƏR