Kütləvi turizmin yaratdığı problemlərlə mübarizə aparan İtaliyada turistlərlə bağlı tədbirlər gücləndirilib.
AZXEBER.COM xarici mətbuat istinadla xəbər verir ki, İtaliyada çılpaq gəzən, səkilərdə, pilləkənlərdə, körpülərdə oturanlara cərimələr kəsiləcək.
Bildirilir ki, hər il milyonlarla turistin ziyarət etdiyi Venesiya İtaliyanın kütləvi turizm problemlərinin ən çox göründüyü şəhərlərdən biridir.
Daha əvvəl bir günlük səfərlər üçün şəhərə giriş haqqı tətbiq etməyə qərar verən bələdiyyə bu planı təxirə salıb.
Bununla belə, ziyarətçilərə ayaqyalın gəzmək, kanallarda çimmək, səkilərdə, pilləkənlərdə və körpülərdə uzanmaq qadağandır.
Qanunlara əməl etməyənləri cərimələr gözləyir.
Şəbnəm