"Bu mahnını Günayın oxuması mənə zövq verdi" - Günaydan yeni mahnı

MAQAZİN
14:48 08.04.2015
1896
Günay İbrahimli yeni mahnısını sevənlərinə təqdim edib.
AZXEBER.COM xəbər verir ki, müğənnin "Sevgi budur" adı mahnısı böyük maraqla qarşılanıb.
Mahının musiqisi Elvin Abdullayevə, sözləri isə gənc şairə Telli Orucqızına məxsusdur. 
Şairə bu haqda portalımıza deyib: “Şeiri təxminən dekabr ayında qələmə almışam. Aranjmanı Gürcüstanda “Bravo” studiyasında Bariko edib. Günay dinlədiyim, sevdiyim ifaçıdır. Amma nə vaxtsa mənim sözlərimə bəstələnmiş mahnını onun ifasında dinləyəcəyimi düşünməzdim. Bu, mənə xüsusi zövq verdi”.
Həmin ifanı təqdim edirik:
OXŞAR XƏBƏRLƏR