Bu marşrut xəttlərinin hərəkət sxemi dəyişəcək - SİYAHI

Bu marşrut xəttlərinin hərəkət sxemi dəyişəcək - SİYAHI
SOSİAL
13:11 06.08.2022
588
6 avqust 2022-ci il saat 08:00-dan 8 avqust 2022-ci il saat 20:00-dək Zivər bəy Əhmədbəyov küçəsinin, Salatın Əsgərova küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.


Bu barədə AZXEBER.COM-a Bakı Nəqliyyat Agentliyindən (BNA) xəbər verilib.

Qeyd olunub ki, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 7 sayda müntəzəm marşrutun (2, 14, 33, 52, 65, 79 və 96 nömrəli) hərəkət sxemi alternativ küçələrlə (Füzuli, Abdulla Şaiq küçəsi, İnşaatçılar prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi) təşkil ediləcək.
OXŞAR XƏBƏRLƏR