Bu marşrutdan istifadə edənlərin diqqətinə: Avtobuslar dəyişdirilir

Bu marşrutdan istifadə edənlərin diqqətinə: Avtobuslar dəyişdirilir
SOSİAL
11:42 31.07.2026
159

Avqustun 1-dən etibarən Xırdalan şəhərini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 135 nömrəli müntəzəm marşrut xəttində yeni avtobuslar istismara veriləcək.

AZXEBER.COM xəbər verir ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə marşrut üzrə hazırda istismar olunan dizel mühərrikli avtobuslar CNG texnologiyası ilə təchiz edilmiş böyüktutumlu "Iveco" markalı avtobuslarla əvəz olunacaq.

Yeni avtobuslarda ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək. Marşrut üzrə gedişhaqqı isə 0,60 manat müəyyən edilib.

OXŞAR XƏBƏRLƏR