Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi

Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi
SOSİAL
11:30 15.03.2021
487
112 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) HİT.Az-a verilən məlumata görə, dəyişikliyə səbəb Xəzər rayonu Şağan qəsəbəsində kanalizasiya xəttində qəzanın baş verməsidir. 

Hazırda marşrut xətti üzrə avtobuslar Hacı Zeynalabdin Tağıyev küçəsi - Şüvəlan yolu ilə hərəkət edirlər.
OXŞAR XƏBƏRLƏR