Ürək xəstəlikləri dünya üzrə ən geniş yayılmış sağlamlıq problemləri sırasında yer alır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər riskin böyük ölçüdə gündəlik vərdişlərdən asılı olduğunu qeyd edir.
Amerikalı kardioloq Darius Farzad xüsusilə tez-tez istehlak edilən bəzi qidaların ürək sağlamlığını ciddi şəkildə təhdid etdiyini bildirib.
O uzaq durulması lazım olan məhsulların adını açıqlayıb.
Farzadın fikrincə, xüsusilə aşağıdakı qidalar ürək üçün ciddi risk yaradır:
Qızardılmış yeməklər.
Həddindən artıq şəkərli qidalar və şirniyyatlar,
Qazlı və şəkərli içkilər,
Emal edilmiş qidalar,
"Boş karbohidratlar”: Ağ makaron və düyü kimi məhsullar,
O eyni zamanda insan sağlamlığı üçün məhdudlaşdırılması tövsiyə olunan digər məhsulların da adını açıqlayıb:
Un məmulatları: Ağ çörək, biskvit, tort və digər xəmir məmulatları.
Səhər yeməyində qablaşdırılmış hazır dənli bitkilər (müsli, kəpəkli lopalar və s.).
Qəlyanaltılarda çips və digər paketlənmiş duzlu məhsullar.
Emal edilmiş ət: Kolbasa, sosiska və s .
Süd məhsulları: Yüksək yağlı süd və qaymaq məhsulları.
Hazır yeməklər: Fast-food və sifariş edilən çatdırılma qidaları.
Əzizə Səfərova











































