“Bu memorandum gözlənilən idi” - Hərbi ekspert

“Bu memorandum gözlənilən idi” - Hərbi ekspert
SİYASƏT
17:32 16.12.2025
179
Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə yeni memorandum təsdiq edilib. Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.  

Hərbi ekspert Ədalət Verdiyev AZXEBER.COM-a bildirib ki, Azərbaycan ilə Türkiyə arasında dövlət strukturları səviyyəsində qarşılıqlı əməkdaşlığa dair bir sıra memorandumlar var:

"Azərbaycan ilə Türkiyə Respublikası arasında bütün dövlət strukturları səviyyəsində qarşılıqlı əməkdaşlığa dair bir sıra memorandumlar imzalanıb. İki qardaş ölkənin hərbi strukturları arasında yeni memorandumun imzalanması da gözlənilən idi. Bu memorandum daha əvvəl Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsinin müddəalarına uyğun şəkildə hazırlanıb”.

Ekspert deyib ki, memorandum iki qardaş ölkəni daha da möhkəmləndirəcək:

"Sənəd Azərbaycan və Türkiyənin güc strukturları arasında regionda təhlükəsizliyin təmin edilməsinə, eləcə də iki ölkənin müxtəlif qoşun növləri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Faktiki olaraq, Azərbaycan və Türkiyə arasında həyata keçirilən hərbi fəaliyyətlər Milli Məclisin iclasında təsdiqlənəcək və bu "Anlaşma Memorandum”unda öz əksini tapacaq”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR