"Bu məmurlar imkansız ailələrə ayrılmış ərzaq payına da göz dikiblər" - Fəzail Ağamalı

SİYASƏT
13:00 07.05.2020
2421
"Rüşvətxorluq və korrupsiyaya qarşı aparılan mübarizə ölkə prezidentinin iradəsinin ifadəsidir. Bu addımlar həyata keçirilməkdə olan islahatların tərkib hissəsidir".
 
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. O bildirib ki, icra başçılarının həbsi korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin əyani sübutudur:
 
"Ən yüksək ideyalar, ən müxtəlif xarakter daşıyan, mahiyyət etibarilə cəmiyyətin inkişafına hədəflənən islahatlar, o zaman xüsusi olaraq uğurlu olaraq gedir və nəticələnir ki, həmin ölkənin idarəçilik sistemində korrupsiya və rüşvətxorluq yoxdur. Ona görə görə də bu gün korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə ölkə prezidentinin daha çox diqqət etdiyi prioritet sahələrdən biridir. Ölkə prezidenti bütün çıxışlarında, məmurları qəbul edib onlara tapşırıq verəndə korrupsiya və rüşvətxorluğa qarşı mübarzənin ardıcıl və sistemli olacağını önə çəkir.
 
Deputat deyib ki, məmurlar Prezidentin çıxışlarından dərs almalıdırlar:

"Hələ 2018-ci ildə prezident seçkiləridən sonra andiçmə mərasimində "Azərbaycan dövləti rüşvətxorluq və korrupsiyaya qarşı müharibə elan edib" fikirlərini dilə gətirəndə, tamahı iti, gözləri doymayan məmurlar bundan nəticə çıxarmalı idilər. Ancaq belə olmadı. Məhz buna görə də qısa zaman kəsiyində 5 rayonun icra başçısı rüşvətxorluq və korrupsiyaya görə həbs olundu. Ayrı-ayrı məmurlar imkansız insanlara yönəlmiş olan ərzaq payına göz dikiblər. Onların haqqında cinayət işi açılıb. Görün bunlarda nə dərəcədə vicdan və əxlaq yoxdur.
 
Belə olan halda bunu yüksək səviyyədə həyata keçirən və əməliyyatı uğurla həyata keçirənn Dövlət Təhlükəsizlik Xidmətidir. Bunun da rəhbəri Əli Nağıyevdir. Əli Nağıyevin təyinatı düzgün təyinatlardan biridir. O, bu təyinatı ilə Dövlət Təhlükəsizlik Xidmətinin üzərində olan ləkələri aradan qaldırıldı. DTX-nın nüfuzu və imici Əli Nağıyev dövründə bərpa olundu. Və bu gün ən ciddi və operativ əməliyyatlar məhz DTX tərəfindən yüksək səviyyədə həyata keçirilməkdədir".
 
Günel Hüseynli,
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:41 21.09.2020

ABB “EY İlin İş Adamı™” müsabiqəsinə yenidən dəstək verir

15:31 21.09.2020

Şəhidimiz dəfn olunur - CANLI YAYIM

15:25 21.09.2020

Bakıda fəhlə faciəvi şəkildə öldü

15:23 21.09.2020

Paşinyanın Qarabağ planı - Yeni müharibə astanasında

15:12 21.09.2020

Ceyhun Bayramov moldovalı həmkarı ilə erməni təxribatını müzakirə etdi

14:55 21.09.2020

Azərbaycanda qadınların pensiya yaşı artır

14:44 21.09.2020

Çexiyada koronavirusa yoluxma artdı, Səhiyyə naziri istefa verdi

14:39 21.09.2020

Ermənistanın təxribatı nəticəsində Azərbaycan hərbçisi yaralandı

14:37 21.09.2020

Övladı və hərbiçi yoldaşları şəhidimizi gözləyir - GÜNÜN FOTOSU

14:30 21.09.2020

Azər Türk Bank “Mərkəz” filialını yeni konsepsiyada qurur

14:10 21.09.2020

“Düşmənin təxribata hazırlaşdığı istiqamətlər müəyyənləşib” - Polkovnik

14:03 21.09.2020

Əhliman Əmiraslanov: “Azərbaycan-Gürcüstan-Türkiyə arasında əlaqələr möhkəm təməl üzərində qurulub”

13:56 21.09.2020

Rusiyanın aviaşirkəti Moskva-Bakı istiqamətində uçuşlara başlayır

13:47 21.09.2020

"Məsuliyyət işğalçı Ermənistanın, həmsədrlərin və öz qətnamələrini icra etdirə bilməyən beynəlxalq təşkilatların üzərinə düşür"

13:44 21.09.2020

Sabahın havası: Yağış, şimşək, dolu

13:28 21.09.2020

Əfqanıstan XİN: Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyirik

X Mostbet