“Bu, məni vadar edir ki...” - Trampdan sərt bəyanat

“Bu, məni vadar edir ki...” - Trampdan sərt bəyanat
DÜNYA
19:42 26.04.2025
292
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Zelenski ilə danışdıqdan sonra sərt açıqlama verib.

"Qafqazinfo” xəbər verir ki, Amerika lideri bu barədə "Truth Social” hesabında paylaşım edib.

ABŞ və Ukrayna liderlərinin Roma Papası Fransiskin dəfn mərasimində görüşündən sonra Ağ Evin rəhbəri Rusiyanın münaqişəyə son qoymaq istəyinə şübhə ilə yanaşıb.

"Bu, məni düşünməyə vadar edir ki, bəlkə o, müharibəni dayandırmaq istəmir. Bəlkə başqa cür etməliyəm, bank və ya ikinci dərəcəli sanksiyalar vasitəsilə hərəkət edim? Çox insan ölür”, - ABŞ lideri qeyd edib.
OXŞAR XƏBƏRLƏR