“Bu məsələdə ziyalıların üzərinə böyük missiya düşür” - Qənirə Paşayeva

“Bu məsələdə ziyalıların üzərinə böyük missiya düşür” - Qənirə Paşayeva
SOSİAL
15:18 07.05.2019
3234
Millət vəkili Qənirə Paşayeva Türkiyənin ictimai təşkilat rəhbərləri, tanınmış aydınları və KİV rəhbərləri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb, çağırış edib və "birliyimizin güclənməsi üçün daha çox çalışmalıyıq” deyib.

AZXEBER.COM xəbər verir ki, "Mehmet Akif Ersoydan Bəxtiyar Vahabzadəyə İstiqlal şüuru" və "Şeirlər və türkülər türkü tərənnüm edər” adlı tədbirlər çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin ictimai təşkilat rəhbərləri, tanınmış aydınları və KİV rəhbərləri - Türkiyənin Sağlıq və qida siyasəti qurumunun üzvü, Türkiyə - Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq sədri prof. Dr. Necdet Ünüvar, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan, sabiq millət vəkili Feramuz Üstün, sabiq millət vəkili və "Sebilürreşad” Yayın Təşkilatının rəhbəri Recep Garip, Yargıtav üzvü Muhammet Yavuz, Mehmet Akif Ersoyun nəvəsi Selma Erson Argon, qəzetəçi-yazar Abdurrahman Dilipak,  "Sebilürreşad" yayın təşkilatının təmsilçisi Fatih Bayhan, "EkoAvrasiya” dərnəyinin rəhbəri Hikmet Eren, "Sebilürreşad” dərgisinin redaktoru Cevat Akkanat, layihə əlaqələndiricisi, şair Ömer Faruk Arlı, Şiirder üzvü Begüm Özgirgin, "Sebilürreşad” dərgisinin redaktoru Dr. Nizaməddin Duran, baş katibi Metin Şehitoğlu, yazarı Hüseyin Kava, dərginın yayın əlaqələndiricisi Mehmet Poyraz, yayın təşkilatının təmsilçiləri Ayşe Garip və Asiya Dilipak, "EkoAvrasiya” dərnəyinin təmsilçisi Aybüke Aslantaş  millət vəkili Qənirə Paşayeva ilə görüşüblər.
 
Qonaqları ölkəmizdə salamlamaqdan məmnunluq duyduğunu qeyd edən millət vəkili Q.Paşayeva "Azərbaycan bizim olduğu qədər sizin, Türkiyə də sizin olduğu qədər də bizimdir, bizim də Vətənimizdir” deyib. 

İlk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq” deyən millət vəkili "bir millət iki dövlət” olan Azərbaycan və Türkiyə arasında əlaqələrin daha da inkişafı baxımından bu kimi qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Millət vəkili Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb və bu düşüncəyə və "birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar” deyib.
 
Qənirə Paşayeva görüş zamanı Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir.
 
Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə ziyaların, aydınların üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva "daha fəal olmalıyıq” deyib. Azərbaycana səfər etməkdən məmnuniyyət duyduğunu deyən Türkiyənin ictimai təşkilat rəhbərləri, tanınmış aydınları və KİV rəhbərləri "bir millət iki dövlət” düşüncəsi ilə hər zaman Azərbaycanın yanındayıq deyiblər və millət vəkili Qənirə Paşayevaya mükafat təqdim ediblər.
 
Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB  tərəfindən qonaqlara Azərbaycan tarixi və mədəniyyətini özündə əks etdirən hədiyyələr və kitablar təqdim edilib.  Millət vəkili Qənirə Paşayeva eyni zamanda "Şeirlər və türkülər türkü tərənnüm edər” adlı tədbirdə də çıxış edib və çıxışında Türk dünyasının birliyinin, bərabərliyinin daha da gücləndirilməsinin vacibliyi və bu məsələdə ictimai təşkilatların, aydınların, KİV-lərin və gənclərin üzərinə düşən vəzifələr barədə fikirlərini bölüşüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yüksək maaşlı peşələrin siyahısı AÇIQLANDI
13:52 24.06.2025
Yüksək maaşlı peşələrin siyahısı AÇIQLANDI
Prezident Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədrini qəbul edib
13:50 24.06.2025
Prezident Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədrini qəbul edib
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
13:39 24.06.2025
Spiker Milli Məclisin növbəti iclasının vaxtını açıqladı
Bu yol bağlanır - DİQQƏT!
13:30 24.06.2025
Bu yol bağlanır - DİQQƏT!
"Sahibkarlar Forumu" keçirilib
13:28 24.06.2025
"Sahibkarlar Forumu" keçirilib
İranın "nüvə" MESAJI
13:24 24.06.2025
İranın "nüvə" MESAJI
Nazirdən TƏNQİD: "50 adam hesab etsə ki, sual çətindir, onda ölkədə heç vaxt imtahan keçirmək olmaz"
13:23 24.06.2025
Nazirdən TƏNQİD: "50 adam hesab etsə ki, sual çətindir, onda ölkədə heç vaxt imtahan keçirmək olmaz"
Bakıda 58 yaşlı kişi tutuldu: Taksisinə minən qızlara nömrə verirmiş
13:18 24.06.2025
Bakıda 58 yaşlı kişi tutuldu: Taksisinə minən qızlara nömrə verirmiş
Leyla və Arzu Əliyevalar bu gənc  ailənin qonağı oldular - FOTOLAR
13:05 24.06.2025
Leyla və Arzu Əliyevalar bu gənc ailənin qonağı oldular - FOTOLAR
Məhərrəm ayı qabağı şadlıq evlərində yerlər tam bron edildi - Qızıl bazarında vəziyyət necədir? VİDEO
13:02 24.06.2025
Məhərrəm ayı qabağı şadlıq evlərində yerlər tam bron edildi - Qızıl bazarında vəziyyət necədir? VİDEO
"Məktəbəqədər kurslar ailə büdcəsini dağıdır" - Deputat etiraz etdi
13:01 24.06.2025
"Məktəbəqədər kurslar ailə büdcəsini dağıdır" - Deputat etiraz etdi
"16 illik ərim mənə müğənni Mətanətlə xəyanət edir" - Canlı efirdə daha bir OLAY
12:58 24.06.2025
"16 illik ərim mənə müğənni Mətanətlə xəyanət edir" - Canlı efirdə daha bir OLAY
İsrailin müdafiə naziri Tehrana hücum əmri verib
12:57 24.06.2025
İsrailin müdafiə naziri Tehrana hücum əmri verib
Tanınmış model Anarın adından dələduzluq etdi
12:55 24.06.2025
Tanınmış model Anarın adından dələduzluq etdi
"Dünyadan geri qalmışıq, televiziyalarda xanım müğənnilərin debatlarına baxırıq..." - DEPUTAT
12:54 24.06.2025
"Dünyadan geri qalmışıq, televiziyalarda xanım müğənnilərin debatlarına baxırıq..." - DEPUTAT
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları
12:51 24.06.2025
Axundun qaçırdığı 16 yaşlı qızın ailəsində faciə baş verib: Hadisənin detalları