Bu meyvəni qoxla, əhvalın yüksəlsin! - SAĞLAM NƏSİL
SAĞLAMLIQ
11:41 28.09.2012
7416
Heyva haqqında Həzrəti Əli deyib ki, bu meyvəni yeyənin ürəyi güclü, mədəsi ətirli, özü zəkalı və qorxmaz olar. Heyvanın həm də çox gözəl ətri var. Bu meyvə əhval-ruhiyyəni yaxşılaşdırır, sıxıntıları aradan götürür. Hamilə qadınlara heyva yemək daha çox faydalıdır. Heyvanın digər faydası uşaqların böyüməsini, inkişafını sürətləndirməsidir. Heyvanın yarpaqlarını qurudub, çay kimi dəmləyərək, ürək ağrısında sakitləşdirici dərman kimi içirlər. Heyva mürəbbəsi ürək zəifliyində qüvvətverici və həzm prosesini yaxşılaşdırıcı kimi çox xeyirlidir. Bir sözlə, heyvanın bildiyimiz və bilmədiyimiz bütün faydaları haqqında bizdən eşidin!Eləcə də, kişilərdə rast gəlinən prostat vəzi xəstəlikləri, sonsuzluq, cinsi yolla keçən xəstəliklər haqqında da geniş müsahibəmiz olacaq. “Aloe vera” kimi tanıdığımız əzvayın hansı faydaları var? Stenokardiya nədir?, onu insanın “gizli qatil”i adlandıra bilərikmi? Onurğa yırtıqları necə müalicə eidlir? Uşaqlardakı helmintozların “İmedis” aparatı ilə müalicəsi. Tibbdəki ən son yeniliklər və digər maraqlı mövzular cümə günü saat 19:15-də ANS kanalında, “Sağlam Nəsil” tibbi maarifləndirici proqramında! (28 sentyabr 2012-ci il)İzləyin ki, sağlam olasınız. Verilişin informasiya dəstəyi Azxeber.com xəbər portalıdır.