Azərbaycanlı model Səbinə Allahverdiyeva aparıcılığa başlayıb.
AZXEBER.COM-un məlumatına görə, o, Axşam.az saytına açıqlamasında "ANS" telekanalında yayımlanan yeni verilişindəəcnəbi məşhurları qonaq edəcəyini deyib. Model "Məşhurlar bizimlə" adlanan verilişin çəkilişlərini Bakıda deyil, Türkiyədə etdiyini bildirib: “İlk verilişdə “Türkiyə Musiqi Ödülləri” nümayiş olundu. İkinci verilişimin qonağı türkiyəli müğənni Sərdar Ortaçdır. Hazırda İstanbulda çəkilişlər edirəm. Bu veriliş digər maqazin proqramlarından fərqlənir. Biz şou-biznesdən yox, əsl sənətkarlardan bəhs edəcəyik. Növbəti verilişdə müğənni Murad Kəkillidən maraqlı müsahibə olacaq. Tamaşaçılar hər həftənin bazar günü bizi izləyə bilərlər".