“Bu, Moskva ilə Bakı arasında normallaşma üçün vacib addım ola bilər”

“Bu, Moskva ilə Bakı arasında normallaşma üçün vacib addım ola bilər”
SİYASƏT
09:54 04.09.2025
230
"Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azad edilməsi Moskva və Bakı arasında münasibətlərin normallaşması üçün vacib addım ola bilər”.

Bu barədə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova brifinqdə danışıb. 

"Rusiya vətəndaşlarının azad edilməsi Rusiya və Azərbaycan arasında münasibətlərdə vəziyyətin normallaşması istiqamətində vacib addımdır. Bu mövzu avqustun 22-də Həştərxanda keçirilən Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası zamanı ətraflı müzakirə edilib. Ölkəmizin mövqeyi Azərbaycan nümayəndə heyətinə detallı şəkildə çatdırılıb”, - deyə Zaxarova bildirib. 

Onun sözlərinə görə, konsul əməkdaşları iyulun 3, 14 və 23-də Bakıda saxlanılan rusiyalılara baş çəkiblər: "Dördüncü görüş üçün müraciət göndərilib, lakin hələ buna razılıq verilməyib”.

/Qafqazinfo
OXŞAR XƏBƏRLƏR