Bu müəllimlərin maaşlarına əlavələr olacaq

Bu müəllimlərin maaşlarına əlavələr olacaq
SOSİAL
12:34 24.06.2023
426
"Sertifikatlaşdırmadan uğurla keçən müəllimlərin əmək haqlarına əlavələr olacaq”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

Onun sözlərinə görə, 30 və 50 bal aralığında nəticə göstərən müəllimlərin əmək haqlarına 10 faiz əlavələr olur:

"Ötən ilin sentyabrdan 5600-dən çox müəllim əmək haqqısına hər ay 10 faiz əlavə alır. 51 bal və ya daha yüksək nəticə göstərən müəllim hər ay maaşına 35 faiz əlavə alır. Sentyabrdan bu yana 3100-dən çox müəllim bu imkandan yararlanır. Builki nəticələrə görə də əlavələr ödəniləcək”.
OXŞAR XƏBƏRLƏR