"Bu müharibədə Rusiyanı haqlı sayanlar çox ciddi problemləri olan adamlardır” - Abutalıb Səmədov

"Bu müharibədə Rusiyanı haqlı sayanlar çox ciddi problemləri olan adamlardır” - Abutalıb Səmədov
SİYASƏT
12:14 03.03.2022
723
"Ukrayna-Rusiya müharibəsində Rusiyanı haqlı sayan adamlar, hesab edirəm ki, çox ciddi problemləri olan adamlardır”.
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
 
O, qeyd edib ki, Rusiya bütün dünyaya meydan oxuyur və işğalçı mahiyyətini ortaya qoyur: "Burada Rusiyanı haqlı hesab etmək qeyri-mümkündür. Rusiya bütün dünyaya meydan oxuyub. Özünün işğalçı mahiyyətini ortaya qoyur. Buna görə də, təbiidir ki, burada haqsız tərəf Rusiyadır və bütün dünya birliyi də ona qarşı getdi, BMT baş məclisində səsvermə də göstərdi ki, Rusiya dünyada təklənib. Buna görə də, mən hesab edirəm ki, Rusiyaya zərrə qədər də haqq qazandırmaq imkanı yoxdur və heç kim ona haqq qazandırmamalıdır”.
 
Abutalıb Səmədov həmçinin qeyd edib ki, nüvə silahı Rusiyanın əlində dünyanı qorxutmaq üçün bir vasitədir:
 
"Nüvə silahı Rusiyanın əlində dünyanı qorxutmaq üçün bir vasitədir. Artıq üçüncü, ya dördüncü dəfədir, onlar dünyanı açıq şəkildə nüvə silahından istifadə edəcəkləri ilə hədələyirlər. Onlar NATO bu münaqişəyə qoşulacağı halda nüvə silahından istifadə edəcəklərini deyirlər. Yəni, Rusiya başa düşür ki, NATO bu münaqişəyə qoşularsa, Rusiyanı məğlubiyyət gözləyir. Rusiya ilə NATO-nun gücünü müqayisə etmək qeyri-mümkündür. NATO-nun bu aktiv müdaxiləsinin qarşısını almaq üçün bir neçə dəfə belə hədə-qorxu bəyanatları səslənib. Sonuncu dəfə Lavrov səsləndirdi. Ancaq başqa halda, yəni NATO-nun bu münaqişəyə qoşulmayacağı halda ki, heç onların da qoşulmaq fikri yoxdur, belə halda nüvə silahından istifadəni qeyri-mümkün sayıram”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ficidə Azərbaycanın SIDS ilə həmrəyliyi qabardılıb
23:10 08.10.2026
Ficidə Azərbaycanın SIDS ilə həmrəyliyi qabardılıb
Ukrayna XİN Koreya səfirinin Kiyevdən geri çağırılmasına münasibət bildirdi
22:59 08.10.2026
Ukrayna XİN Koreya səfirinin Kiyevdən geri çağırılmasına münasibət bildirdi
Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
22:50 08.10.2026
Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub
22:43 08.10.2026
Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası və qardaşıdır
22:34 08.10.2026
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası və qardaşıdır
Moskva hava limanlarında 250-yə yaxın uçuş təxirə salınıb
22:30 08.10.2026
Moskva hava limanlarında 250-yə yaxın uçuş təxirə salınıb
Zəngəzur dəhlizi TDT-nin 13-cü Zirvə görüşündə müzakirə olunacaq
22:25 08.10.2026
Zəngəzur dəhlizi TDT-nin 13-cü Zirvə görüşündə müzakirə olunacaq
Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri ilə görüşüb
22:19 08.10.2026
Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri ilə görüşüb
Paşinyan Türkmənistan və Özbəkistan prezidentləri ilə regional əməkdaşlığı müzakirə edib
22:15 08.10.2026
Paşinyan Türkmənistan və Özbəkistan prezidentləri ilə regional əməkdaşlığı müzakirə edib
Nazir: Rusiya Kiyev üçün kritik əhəmiyyətli enerji obyektinə zərbə vurub, paytaxt işıqsız qalıb
22:09 08.10.2026
Nazir: Rusiya Kiyev üçün kritik əhəmiyyətli enerji obyektinə zərbə vurub, paytaxt işıqsız qalıb
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
22:01 08.10.2026
Sahibə Qafarova QHPŞ-nin iclasında parlamentlərarası əməkdaşlığı müzakirə edib
Ermənistan və İran XİN rəhbərləri ikitərəfli razılaşmaların icrasını müzakirə ediblər
21:56 08.10.2026
Ermənistan və İran XİN rəhbərləri ikitərəfli razılaşmaların icrasını müzakirə ediblər
Hakan Fidandan Məkkə müqaviləsi ilə bağlı mühüm açıqlama
21:51 08.10.2026
Hakan Fidandan Məkkə müqaviləsi ilə bağlı mühüm açıqlama
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş
21:44 08.10.2026
Bakıda maşın vuran şəxslər nənə və nəvə imiş
ABŞ-də Maduro və həyat yoldaşına müxalifətçilərə işgəncə verilməsilə bağlı yeni ittihamlar irəli sürülüb
21:38 08.10.2026
ABŞ-də Maduro və həyat yoldaşına müxalifətçilərə işgəncə verilməsilə bağlı yeni ittihamlar irəli sürülüb
Göygöldə 48 yaşlı kişinin meyiti tapıldı
21:33 08.10.2026
Göygöldə 48 yaşlı kişinin meyiti tapıldı