'Bu müqavilə Azərbaycan xalqı üçün olduqca faydalıdır'

İDMAN
10:34 31.01.2013
1076
"Çox şadam ki, "Bakı" futbol klubu bizim təşəbbüsümüzə qoşularaq bu önəmli tədbirdə iştirak edir. Gördüyünüz kimi, Azərbaycan bölümünə maraq olduqca böyükdür. Burada "Bakı" futbol klubunun da özünəməxsus payı var”. Bu sözləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib.O, dünən İspaniyanın paytaxtı Madrid şəhərində ənənəvi FİTUR turizm sərgisinin rəsmi açılış mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. Nazir "Bakı" və "Atletiko" arasında əldə olunan anlaşma və paytaxt klubunun FİTUR sərgisində iştirakı ilə bağlı fikirlərini bildirib:"Bakı" futbol klubunun "Atletiko" ilə əməkdaşlığı olduqca böyük hadisədir. Bu əməkdaşlığın mahiyyəti tək idman sahəsinə aid deyil, eyni zamanda həyatımızın digər sahələrində də öz əksini tapır. Bu müqavilə Azərbaycan xalqı üçün olduqca faydalıdır. Bu, ölkəmizin reklamına xidmət edir, turizm və idman potensialı üçün yeni üfüqlər açır. "Bakı"nın FİTUR sərgisinə qatılması, "Atletiko" Madrid kimi dünya klubunun da buna dəstək verməsi ölkəmizə olan marağı daha da artırmış olur”.
//apasport

OXŞAR XƏBƏRLƏR