“Bu müsabiqədə çox böyük haqsızlıqlar oldu” - “Muğam müsabiqəsi”nin iştirakçısı

“Bu müsabiqədə çox böyük haqsızlıqlar oldu” - “Muğam müsabiqəsi”nin iştirakçısı
MAQAZİN
08:51 27.08.2025
295
Xəbər verdiyimiz kimi, Laçından canlı olaraq yayımlanan IX "Muğam müsabiqəsi"ndə qalmaqal yaşanıb.

Qalib olacağı deyilən xanəndə Kənan Novruzov müsabiqədə ona təqdim olunan mükafatdan imtina edib.

AZXEBER.COM mövzu ilə bağlı Kənan Novruzovla o bu haqda danışmaq istəməyib.

Sözügedən müsabiqə ilə bağlı iddialar bununla bitməyib.

Yarışmaya qatılan xanəndə Rəqsanə Ağayeva AZXEBER.COM-a açıqlamasında müsabiqənin şəffaf şəkildə keçirilmədiyini iddia edib:

 "Bu müsabiqədə çox böyük haqsızlıqlar var və bunlar bütün xalqın gözü qarşısında yaşanır. Aprel ayının 26-da Beynəlxalq Muğam Mərkəzində müsabiqənin ikinci turuna qatıldım. Amma münsiflər məni növbəti tura keçirtmədilər. Həmin çıxışımı sosial mediada paylaşmışdım, xalq özü gördü və o cür ifaya dəyər verməyənləri qınadı. Deməzdim münsiflər sadəcə öz tələbələrini qalib edirlər, yox, amma şəffaf şəkildə keçirilmədiyi ortadadır. Bu il yer tutan qaliblərə uğurlar arzu edirəm, onların hər biri buna layiqdir, gözəl oxuyurlar".

Rəqsanə Ağayeva bu günə qədər bir çox iştirakçının müsabiqədən narazı qaldığını da deyib:

"Əgər finalda 3 nəfər qalib seçiləcəkdisə, nə üçün yeddi nəfəri sona saxlamışdılar? 3 nəfər qalardı, yerlər də onlar arasında paylaşılardı. Orada üç nəfərə yer verib, digər dörd nəfəri kənarda saxlamaq düz deyildi. Mən hər zaman bu müsabiqədə haqsızlıqların olduğunu vurğulamışam, bu gün də bu sözümün üstündəyəm və mən tək deyiləm. Bu günə qədər iştirakçı olmuş bir çox xanəndə saxtakarlıqdan şikayətçi olub. Yerlərin pul ilə satılıb- satılmamasını mən deyə bilmərəm, mən bunun şahidi olmamışam. Amma möhtəşəm ifaları olan elə uşaqlar var idi ki, onların heç birini iyirmiliyə qəbul etmədilər. Kənana qalanda isə, o yaxşı ifaçıdır. İnanıram ki, yolu uğurlu və açıq olacaq".

Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR