Xəbər verdiyimiz kimi, 2-4 sentyabr tarixində Nabranda "Bloqosfer-2011" Bloqçuların və Yeni Media Mütəxəssislərinin Forumu keçirilib. "Bloqosfer"də iştirak edən "İrəli" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzinin (İTM) layihələr üzrə meneceri İmam Quliyev forum haqda AZXEBER.COM xəbər portalına müsahibə verib.
- İmam bəy, Bloqosfer -2011 sizə nə verdi? Nə öyrəndiz Bloqosferdə?
- Bloqosfer mənə ekspertləri, bloggerləri daha yaxşı tanımağa və onlarin fikirlərini öyrənmək imkanı yaratdı. Eyni zamanda İnternetdə fəal olan gənclərlə görüş, şəbəkələşmə baxımından və uzun müddət internet aləmində tanıdığın gənclərin real həyatda görmək maraqlı idi. Ancaq nəticə etibarı ilə əldə etmək istdəkilərim barədə gözləntilərim özünü tam olaraq doğrultmadı.
- Nəyə görə Bloqosferə iqtidaryönümlü gənclər maraq göstərməmiş və ya təşkilatçılar niyə onları seçməməişdilər?
- Mən iqtidar yönümlü gənclər və təşkilatçılar adından danışa bilmərəm. Bu sualı mən yox təşkilatçılar cavablandırsa daha doğru olardı. Mənim fikrimi öyrənmək istəsəz, deyə bilərəm ki, bu forum bloqçular və yeni media mütəxəssisləri üçün nəzərdə tutulduğundan hansı mövqeydə olmağından aslı olmayaraq tədbirdə bu sahə ilə məşqul olan istər iqtidar fikirli, istər bitərəf, istərsə də müxalif yönümlü təşkilat nümayəndələri hər biri bərabər iştriak etmək payına malik olmalı idilər.
- İştirakçıların əksəriyyətinin müxalifdüşüncəli gənclər olduğunu düşünsək sizə olan münasibət maraqlıdır. Necə yanaşırdılar sizə?
- Bu tədbirə biz internetdə fəal olan gənclər olaraq 2010-cu ildə olduğu kimi 2011-ci ildə də qatıldıq. Biz Azərbaycan gəncliyinin nümayəndələri olaraq internetə marağı olan 6 nəfərlələ birgə iştirak edirdik və istədik ki, bu bizi birləşdirən əsas ortaq dəyər olsun. Təəssüflər olsun ki, bizə olan münasibətə gəldikdə isə ümumi iştirakçılar bizə ehtiyyatlı davranırdılar və biz buna bir o qədər də fikir vermirdik. Bizə qarşı olan münasibət o qədər də müsbət olmasa da fəlakətli dərəcədə də deyildi.
- Yayılan xəbərlərə görə, orada kimsə “İrəli”nin loqosunu təqdimatına salıb. Bu haqda bir az məlumat verərdiniz...
- Bəli təqdimatların birində “İrəli”yə aid olmayan məsələdə “İrəli” loqosundan istifadə olunmuşdu. Bunun müəllifi ola bilər ki, “İrəli” yə olan sevgisindən , bəlkə də bizi qıcıqlandırmaq üçün istifadə edirdi. Ancaq biz buna normal qarşıladıq.
- “Tvitter”də cavab verəcəyəm son günlərin ən aktual məsələsidir. Əslində nə baş vermişdi orda?
- Bu məsələ mənim şəxsi fikrimcə twitterdə cavab verəcəm zarafat və xoşməramlı görsənir. Bu müxalif fikirli gənclərin dözümsüzlüyünün və qərəzliliyinin pərdələnmiş formada nümayişi idi. Əslində bəzi provakatorlar yalnış məlumat yayırlar ki, Rauf Mərdiyev bloqosferi klounada adlandırıb. Habulki, bu fikir ilk olaraq twitterdə səslənib ümumi foruma və təşkilartçılara heç bir aidiyyəti olmayıb. İnternetdə yazışmalarında davam edən məsələ barədə qərəzli sual verən təşkilatçılar isə Rauf Mərdiyev tərəfindən suala internetdə də cavab verəcəyini bildirilib. Məncə buna təbii hal kimi yanaşmaq lazımdır. Tədbirin və təşkilatçıların təhqir olunduğunu söyləyənlər isə qarşıqlıq yaratmaq istəyənlərdir.
- Gələn ilki bloqosferdə iştirak etməyi düşünürsünüzmü?
- Biz həmişə müzakirələrin tərafdarı olmuşuq. Bloqosfer də qatılmaqda əsas məqsədimiz müxtəlif fikirli gənclər arasında müəyyən məsələləri müzakirə etmək idi. Bu səfərki bloqosfer nəticəsində siz də şahidi olduz k, bizim bu tədbirlərdə iştirakımız bəzi fikirli insanlarda qıcıq yaradır və onlar bu müzakirələri klounluq və təhqir forumu kimi istifadə edirlər. Ona görə də əgər növbəti ildə bloqosfer açıq və konstruktiv müzakirələr üçün hesab etsək ki əlverişli şərait yaradılıb və biz bu tipli forumda iştirak etməklə bizi maraqlandıran məsələlərin müzakirəsində iştirak edib uğurlu nəticə əldə edəciyik, belə olan təqdirdə əlbəttə ki, Azərbaycan gənci olaraq iştirak etməyə hazırıq.
Hacıbəy HEYDƏRLİ