"Hər bir məsələ nəzarətdə saxlanılmalı, hər bir fakt üzrə aidiyyatı qurumlar qarşısında məsələ qaldırlaraq həllinə nail olunmalıdır"
AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov artmaqda olan erkən nikahlarla bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə əvvəlki dövrlə müqayisədə bu məsələyə baxanda biz belə halların nisbətən azaldığını görürük.
"Ancaq yenə də problem qalıb. Xüsusən də bölgələrdə qızların təhsildən yayındırılması özünü ciddi şəkildə göstərir. Hesab edirəm ki, bu məsələ ilə bağlı çox sərt addımlar atılmalıdır. Belə hallar baş verdiyi halda bu cinayəti törədənlər çox ciddi şəkildə cəzalandırılmalıdır. Heç bir güzəşt olmamalıdır. İnsanlar bilməlidirlər ki, belə əməli törətdikləri halda onlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Ona görə də çalışmalıdırlar ki, belə əməllərdən uzaq olsunlar. İcra hakimiyyətləri yanında xüsusi komissiyalar var. Bu komissiyalar belə məsələrə çox ciddi yanaşmalıdırlar. Hər bir məsələ nəzarətdə saxlanılmalı, hər bir fakt üzrə aidiyyatı qurumlar qarşısında məsələ qaldırlaraq həllinə nail olunmalıdır. Çox geniş maarifləndirmə təbliğat işlərinin aparılmasına ehtiyac var.
Millət vəkili təklif edir ki, valideynlər və şagirdlər arasında bu nikahın zərəri, yarada biləcəyi fəsadlarla bağlı geniş təbliğat işləri aparılsın:
"Əgər bu halların qarşısı alınmayıb ciddi addımlar atılmazsa, ciddi işlər görülməzsə bu prosesin daha da artamasına gətirib çıxaracaq”.
Şəbnəm Zahir