Avstraliyada baş verən hadisə hər kəsi şoka salıb.
Gün.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə,Jozep adlı gənc oğlan parkda gəzərkən sahibsiz it görüb. O, iti ilk gördüyü anda ona aşiq olub. Bir neçə gün iti görmək üçün parka gedib və onunla dostlaşıb. Daha sonra isə itlə evlənməyə qərar verib. Jozep, Honey adlı itlə edəcəyi toy mərasiminə 60 nəfər dəvət edib.
O, itə gəlin paltarı geyindirib və nikah mərasimi təşkil edib. Honeyə “sən mənim ən yaxşı dostumsan və həyatımın hər anı səndən ibarətdir” deyən oğlan mətbuata açıqlamasında bunları deyib: “Bu toyun anlamı mənim üçün başqadır. Heç kən yanlış fikirləri ağlına gətirməsin. Mənim Honeyə qarşı duyduğum təmiz sevgidir. Biz çox yaxşı dost olacağıq”.Xatırladaq ki, bir müddət əvvəl Almaniyada yaşayan bir qadın evində saxladığı pişiklə evlənmişdi.