Bu peyvəndin içindən görün nə çıxdı

Bu peyvəndin içindən görün nə çıxdı
DÜNYA
16:37 13.04.2022
509
Peyvənd şüşəsindən ağcaqanad çıxıb.

AZXEBER.COM xəbər verir ki, İspaniyada COVİD-19 peyvəndi olan şüşədə yad cisim aşkar edildikdən sonra 764,900 "Moderna” peyvəndi geri göndərilib. Rəsmilər peyvənd şüşəsindəki yad cismin ağcaqanad olduğunu açıqlayıb.

İspaniya Dərman və Sağlamlıq Məhsulları Agentliyi (AEMPS) vaksinin şüşəsində yad cisim aşkar edildikdən sonra vaksinin aid olduğu partiyadan bütün dozaların geri çağırılmasını əmr edib.

"Moderna" isə hadisə ilə bağlı açıqlama verərək tərkibində yad cisim olan peyvəndin partiyasının İspaniya ilə yanaşı Portuqaliya, Norveç və Polşaya da göndərildiyini bildirib.

AEMPS-dən verilən açıqlamada yad cismin aşkarlandığı şüşədən heç bir vətəndaşa peyvəndin vurulmadığı bildirilib.

Ayşən
OXŞAR XƏBƏRLƏR