Bu pivənin istehsalı dayandırıldı - Nöqsanlar aşkarlanıb

Bu pivənin istehsalı dayandırıldı - Nöqsanlar aşkarlanıb
SOSİAL
16:20 25.07.2024
129
Qaxda "Qafqaz Beer CO” MMC-yə məxsus pivə istehsalı müəssisəsində yoxlama keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AZXEBER.COM-a verilən məlumata görə, müəssisədə sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulmasına dair ciddi nöqsanlar aşkarlanıb.

Belə ki, müəssisədə istehsal edilən pivə məhsullarının doldurularaq satışa çıxarıldığı çəlləklərin üzərində etiket məlumatlarının (istehsal tarixi, son istifadə müddəti, saxlanma şəraiti, tərkibi və s.) qeyd olunmadığı müəyyən edilib.

Həmçinin anbar sahəsində temperatur və rütubətin nəzarətdə saxlanılmadığı, havalandırma sistemlərinin quraşdırılmadığı, istehsalat sahəsində səthlərin gigiyenik və yuyulabilən üzlüklə üzlənmədiyi, işçilərin gigiyenik təlimə cəlb olunmadığı və xüsusi geyim formasından (bone, əlcək və s.) istifadə etmədən çalışdıqları, məhsulların dövri olaraq laborator müayinələrə cəlb edilmədiyi aşkarlanıb.

Faktla bağlı inzibati xəta haqqında protokol tərtib edilib. Müəssisədə istehsalın və hazır pivə məhsulunun satışının dayandırılması ilə bağlı "Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” Qərar qəbul edilib.

Həmçinin müəssisədə süzülmüş pasterizə edilməmiş pivədən nümunə götürülərək müayinələrin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - FOTOLAR
21:10 04.03.2025
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - FOTOLAR
İlham Əliyev D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul etdi
21:06 04.03.2025
İlham Əliyev D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul etdi
Peskov: Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır
20:46 04.03.2025
Peskov: Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır
Qonca Vuslateri Parisdə məşhur jurnalın üz qabığında - FOTOLAR
20:15 04.03.2025
Qonca Vuslateri Parisdə məşhur jurnalın üz qabığında - FOTOLAR
İftar vaxtı – 5 mart 2025: Ramazanın 5-cü günü
20:13 04.03.2025
İftar vaxtı – 5 mart 2025: Ramazanın 5-cü günü
Hikmət Hacıyev Fələstin səfirini qəbul etdi
20:08 04.03.2025
Hikmət Hacıyev Fələstin səfirini qəbul etdi
"Real" braziliyalı futbolçu ilə müqavilə müddətini uzadacaq
19:57 04.03.2025
"Real" braziliyalı futbolçu ilə müqavilə müddətini uzadacaq
Prezident Fuad Nağıyevə buna görə şiddətli töhmət verib - Cinayət işi açılacaq
19:48 04.03.2025
Prezident Fuad Nağıyevə buna görə şiddətli töhmət verib - Cinayət işi açılacaq
“Hizbullah” komandiri İsrailin PUA-nın zərbəsi nəticəsində öldürülüb
19:48 04.03.2025
“Hizbullah” komandiri İsrailin PUA-nın zərbəsi nəticəsində öldürülüb
"Antidepressant" plagiat çıxdı
19:37 04.03.2025
"Antidepressant" plagiat çıxdı
ABŞ Ukraynaya hərbi yardımı dayandırmaq qərarını NATO ilə məsləhətləşmədən verib
19:23 04.03.2025
ABŞ Ukraynaya hərbi yardımı dayandırmaq qərarını NATO ilə məsləhətləşmədən verib
"Mançester Yunayted" "Real"ın qapıçısını transfer etmək istəyir
19:12 04.03.2025
"Mançester Yunayted" "Real"ın qapıçısını transfer etmək istəyir
KİV: Qəzzanın bərpası 38 milyard dollara başa gələcək
18:51 04.03.2025
KİV: Qəzzanın bərpası 38 milyard dollara başa gələcək
Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib
18:44 04.03.2025
Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib
Aİ Avropanın təhlükəsizliyi və Ukrayna üçün 150 milyard avro təklif edir
18:29 04.03.2025
Aİ Avropanın təhlükəsizliyi və Ukrayna üçün 150 milyard avro təklif edir
İranın müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı
18:22 04.03.2025
İranın müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldı