"Bu proses xalqla dövlət arasında mənəvi bağların nə qədər güclü olduğunun göstəricisidir"

"Bu proses xalqla dövlət arasında mənəvi bağların nə qədər güclü olduğunun göstəricisidir"
SİYASƏT
16:45 22.12.2025
466
"Möhtərəm cənab Prezident İlham Əliyevin siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilir. Bu dəyərin ən parlaq təzahürlərindən biri dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən ardıcıl amnistiya aktlarıdır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı deyib. 

O bildirib ki, bu amnistiya aktı say baxımından ən böyüyüdür:

"Ümummili Liderimiz Heydər Əliyev tərəfindən formalaşdırılan bu ənənə əsasında bu günə qədər 12 amnistiya aktı və 71 əfv təşəbbüsü irəli sürülmüşdür.  Təbii ki, bunların sırasında istər əhatə dairəsinə, istərsə də say baxımından ən böyüyü Möhtərəm cənab Prezident İlham Əliyevin 12 dekabr 2025-ci ildə irəli sürdüyü amnistiya təşəbbüsüdür. Amnistiya aktları birmənalı olaraq insana inam, sosial ədalət və mərhəmət fəlsəfəsi əsasında həyata keçirilir. Bunun sayəsində minlərlə şəxs üçün yeni həyat səhifəsinin açılması, ailələrin sevinməsi, eyni zamanda onların sivil cəmiyyətə yenidən reinteqrasiyasını stimullaşdıran əsas faktordur”.

Deputat vurğulayıb ki, artıq müxtəlif cəzaçəkmə müəssisələrində amnistiya aktının icrası həyata keçirilir:

"Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni İl ərəfəsində reallaşdırılan proses xalqla dövlət arasında mənəvi bağların nə qədər güclü olduğunun göstəricisidir. Cənab Prezident İlham Əliyevin irəli sürdüyü amnistiya təşəbbüsü bir daha təsdiq etdi ki, onun siyasətinin mərkəzində insan faktoru hər zaman ali dəyər olaraq öz əksini tapır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR