“Bu prosesdə üzdəniraq antimilli ünsürlərdən alət kimi istifadə olunur" - Deputat

“Bu prosesdə üzdəniraq antimilli ünsürlərdən alət kimi istifadə olunur" - Deputat
SOSİAL
15:31 24.02.2026
424
"Azərbaycanın nüfuzu getdikcə artır. Qlobal sülh təşəbbüsləri, 44 günlük müharibədən sonra yaranmış yeni reallıqlar ölkəmizin mövqelərini gücləndirir. Bu isə anti-Azərbaycan qüvvələri ciddi narahat edir və ölkəmizə qarşı qarayaxma kampaniyaları, təxribatlar təşkil olunur”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib. 

O bildirib ki, bu prosesdə üzdəniraq antimilli ünsürlərdən alət kimi istifadə olunur:

"Bu prosesdə üzdəniraq antimilli ünsürlərdən alət kimi istifadə olunur. Son vaxtlar "5-ci kolon”un sosial şəbəkələr üzərindən fəallaşması da bununla bağlıdır. Ən iyrənc vasitələrə əl atan bu ünsürlər məkrli niyyətlərindən əl çəkmək istəmirlər. Ötən həftə Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclası çərçivəsində Azərbaycan Prezidentinə qarşı təxribat cəhdi də bu mərkli planın tərkib hissəsidir. Guya "söz azadlığı”nın təmin olunmasına çalışan qaragüruh ünsürlər ABŞ-dəki radikal erməni dairələrinin sifarişçisi qismində çıxış edərək özlərini ifşa etdilər. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə səsləndirilən ifadələr də göstərir ki, burada əsas məqsəd qarşıdurma görüntüsü yaratmaq olub. Bir daha aydın oldu ki, bu antimilli ünsürlər öz maddi maraqları naminə Azərbaycanın uğurlarına qarşı  təşkilatnamağa və ölkəmizin uğurlarına kölgə salmağa çalışır”.

Parlamentari qeyd edib ki, bu əxlaqsız və aqressiv davranışın ANCA tərəfindən dəstəklənməsi təsadüfi deyil:  

"Bu əxlaqsız və aqressiv davranış ABŞ-dəki erməni lobbi təşkilatlarından biri - Erməni Milli Komitəsi (ANCA) tərəfindən dəstəkləndi. ANCA bu ünsürlərin iyrənc davranışından fürsət kimi yararlanaraq, riyakarcasına guya Qarabağdan 150 min erməninin zorla qovulduğunu iddia etməyə çalışır. Eyni zamanda hazırda Bakıda olan və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə mühakimə olunan separatçı rejimin rəhbəri olmuş müharibə cinayətkarlarının azad olunmasını tələb edirlər”.

Deputat qeyd edib ki, Pallonenun reaksiyası bu cür təxribatların erməni lobbisi ilə sıx bağlı olduğunu bir daha göstərdi:

"ANCA-dan sonra cəfəng bəyanat səsləndirən isə erməni lobbisinin Konqresdəki əsas dayaqlarından biri konqresmen Frank Pallone oldu. Onun reaksiyası bir daha göstərdi ki, bu cür təxribatlar ABŞ Konqresində erməni lobbisi ilə sıx bağlı olan dairələr tərəfindən siyasi alətə çevrilir. 1992-ci ildə qəbul edilmiş və Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdıran "907-ci düzəliş”in müəlliflərindən biri olan, Xocalı soyqırımı ilə bağlı hər zaman qərəz nümayiş etdirən, hazırda ölkəmizə qarşı sanksiyaların tətbiqinə çalışan F.Pallonenin əlinə fürsət verənlər də onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləmiş oldular”.

K.Nurullayeva vurğulayıb ki, antimilli ünsürlər üçün maddi maraqlar milli maraqlardan öndədir:

"Erməni radikalları ilə eyni düşərgəni seçən bu antimilli ünsürlər üçün maddi maraqlar milli maraqlardan öndədir. Azərbaycan xalqı reallığı anlayır. Qalib xalq, müzəffər ölkə adına kölgə salmaq istəyənlər heç bir halda məkrli niyyətlərinə çata bilməyəcəklər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR