Bu prospektdə görüləcək işlə bağlı sürücülərə MÜRACİƏT

Bu prospektdə görüləcək işlə bağlı sürücülərə MÜRACİƏT
SOSİAL
14:45 03.01.2022
294
Sabah səhər saatlarından Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarlarının yuyulması işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZXEBER.COM-a verilən məlumata görə, sürücülərdən qeyd edilən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Görülən işlər zamanı yolda hərəkət məhdudlaşdırılmayacaq.
OXŞAR XƏBƏRLƏR