AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, dağıntılar altında həyatını itirənlər qəbiristanlıqlarda torpağa tapşırıldığı halda, bəziləri dağıntılar altından çıxmayan və xəstəxanalarda tapıla bilməyən yaxınlarını axtarır.
Xəstəxanalarda tapıla bilməyən və dağıntılar altından çıxmayan anası və bacısını axtarmaq üçün Danimarkadan gələn Soner Çelik qardaşı və yaxınları ilə birlikdə köynəklərdə yazılı elanlar asıb.
Soner Çelik "#ailelerimiznerede” başlığı ilə sosial şəbəkədə yaxınlarının fotolarını paylaşıb.
Qısa müddət sonra yaxınlarını tapa bilməyən digər insanlar da kampaniyaya dəstək verib, yüzlərlə insan bu başlıq altında yaxınlarını axtarmağa başlayıb.
Soner Çelik deyib ki, zəlzələ baş verəndə İskəndərunda anası və bacısı dağıntılar altında qalıb:
"İlk andan işə başladıq. Özaltın mənzilində diri və ölüləri çıxardıq. Anam və bacımdan başqa mənzilimizdə 5 nəfərin də izinə rast gələ bilmədik. 10-cu gün Mersindən xəbər aldıq və qonşularımızdan birinin müalicə olunaraq evə buraxıldığını öyrəndik. Onunla danışdıq, heç nə xatırlamadığını dedi. Biz elə bilirdik ki, ailəmiz belədir, düşündük ki, kimsə kömək edib aradan götürüb”.
İndiyə qədər onlardan heç bir iz tapmadıqlarını ifadə edən Çelik "Xilasedicilər və itlərlə axtarışlar etdik. Dağıntılar altındakı axtarışlarımız başa çatdıqdan sonra xəstəxanalara baş çəkmək qərarına gəldik. Heç bir dəstək ala bilməyəndə sosial mediada etiket yaratdıq və itkin ailələrini axtaran bizim kimi insanlara çatmağa çalışdıq. Əldə etdiyimiz şəxslərə belə bir qrup yaratdığımızı dedik. Hazırda təxminən 200 nəfərlik qrup var. Bu mövzu bizim birlikdə hərəkət etməyimiz üçün çox vacibdir”, - bildirib.
Çelik ailəsini tapmaq üçün hər şeyi edəcəklərini deyib:
Ayşən