Hadisə Türkiyədə baş verib
Bu gecə Türkiyədə mənzillərin birində maskalı şəxslər tərəfindən bıçaqlandığı iddia edilən qadının özünü bıçaqladığı məlum olub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qadın izlədiyi qorxulu filmdən təsirlənərək özünü bıçaqlayıb.2 uşaq anası olan 38 yaşlı Nevin ilk öncə evin qapısında maskalı şəxslər tərəfindən bıçaqlandığını iddia etmişdi. Lakin xəstəxanada əməliyyatdan sonra bıçaq qadının qarnından çıxarılıb və o özünə gələndən sonra polisə hadisənin baş verməsi haqqında danışıb.“Qorxulu film izləyirdim. Həmin filmdə bıçaqlanma səhnəsi var idi. Ona baxanda çox təsirləndim. Mətbəxtdən bıçağı aldım və qarnıma soxdum”, - deyə qadın polisə verdiyi ifadədə bildirib.