Lora Kattivera nadir "bacarıq", daha doğrusu, sindroma sahibdir. O, yüngül atletika ilə məşğul olanda yalnız geriyə qaça bilir.
Lora hamı kimi irəliyə qaçmaq istəsə də, çətinlik çəkir.
ABŞ-ın Kaliforniya ştatında yaşayan 46 yaşlı Lora Kattiveranın dediyinə görə, həkimlərə müraciət edib, müalicə olunmaq, problemlərindən qurtulmaq istəyib. Lakin onun dərdinə hələ də əlac tapılmayıb.
Həkimlərin dediklərinə görə, Lora Kattiverada fokus distoniyası var. Bu sindrom isə əzələlərin bilaixtiyar spazmlarına və yanlış pozalarına səbəb olur.
"Həmişə yüngül atletika ilə məşğul olmaq istəmişəm. Məni qaçışdan heç nə ayıra bilməz. Geriyə qaçsam da, məşq edirəm. Həkimlərin dediklərinə görə, məndə nadir nevroloji xəstəlik var. Müalicə oluna bilmirəm. Buna rəğmən idmandan kənar qalmaq istəmirəm", - Lora Kattivera söyləyib.
Onun sözlərinə görə, indiyədək yüzlərlə müayinədən keçib. Maqnit-rezonans tomoqrafiyası, kompüter tomoqrafiyası, ortopedik müayinələr - heç bir nəticə hasil olmayıb.
Sindrom isə sürətlə inkişaf edirdi. Lora Kattiveranın sol ayağı bilaixtiyar hərəkət edərək onu sola və arxaya çəkir, düz irəli qaçmasına mane olur.
Fokus distoniyası botoks inyeksiyası ilə müalicə olunur: bu zaman fəsadlı əzələ süni "iflic" olunur və simptomların qarşısı alınır. Lakin Lora
Kattiveranın fəsadlı əzələləri dərində olduqları üçün problemi çözmək mümkün deyil.(milli.az)




